Mon

26

May

2014

Müqavimət bayramı münasibəti ilə Hizbullah baş katibinin çıxışı

11Azeri

Livan Hizbullahının baş katibi deyib ki, Livanın cənubunu azad etmək və Müqavimət bayramı, Livan xalqı və İslam ümmətinin bayramı sayılır.                    

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ötən gün (bazar 25 may) günortadan sonra Livan Müqavimətinin Sionist rejimə qələbəsinin 14-cü ildönümü günü münasibəti ilə etdiyi çıxışında deyib: Bu qələbə digər qələbələrin əsası və başlanğıcı oldu və ABŞ və Sionist rejimin yeni Yaxın Şərq üzrə planını məğlubiyyətə uğratdı.

Nəsrullah açıqlayıb, Müqavimətin İsrailə qələbə çalması, Livan, ərəb və islam ölkələrinin qələbəsi sayılır və heç bir qrup bu qələbənin ona aid olduğunu iddia edə bilməz.

Seyid Həsən Nəsrullah Livana qarşı yeni hücumların edilməsi ilə əlaqədar Sionist İsrail rejiminə xəbərdarlıq edərək deyib: Düşmən Livan sərhədlərinə daxil olsa, onda yeganə qərar çıxaran tərəf Müqavimət olacaq.

Livan Hizbullahı baş katibi həmçinin Suriya dəyişiklikləri və ölkədə baş verən talanedici müharibəyə toxunaraq, Suriyanı Ərəb dünyasının ürəyi adlandıraraq deyib ki bu ölkə yalqızlıqla Sionist İsrailin Füratdan Nilədək layihəsi qarşısında dayanaraq Livan və Fələstin müqavimətini dəstəklədi.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/178961-m%C3%BCqavim%C9%99t-bayram%C4%B1-m%C3%BCnasib%C9%99ti-il%C9%99-hizbullah-ba%C5%9F-katibinin-%C3%A7%C4%B1x%C4%B1%C5%9F%C4%B1

Read More 0 Comments

Sun

30

Mar

2014

Nəsrullah: Livan xalqının əksəriyyəti qanuni zamanda prezidentin seçilməsini istəyir

20- Azeri

Livan Hizbullahının baş katibi deyib: Livan xalqının əksəriyyəti qanuni zamanda yeni prezidentin seçilməsini istəyir.

İRNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullah şənbə günü günortadan sonra Livanın əl-Minar telekanalından birbaşa yayımlanan video-konfrans vasitəsi ilə çıxışında xatırladıb: Livan xalqının əksəriyyəti qanuni zamanda yeni prezidentin seçilməsini istəyir və buna əsasən müqavimət müdafiə strategiyası və digər məsələlərin araşdırılması barəsində dialoqlarda iştirak edir.

Seyid Həsən Nəsrullah həmçinin Livanın müxtəlif bölgələri, xüsusilə də Trablos və Bəaqda təhlükəsizlik problemlərinin həlli üçün əməkdaşlığın vacibliyini vurğulayıb və bir-birlərinə qarşı ittiham irəli sürülmədən yeni prezidentin seçilməsini istəyib.

Müqavimətin heç bir tərəfin kənara qoyulmasını istəmədiyini bəyan edən Hizbullahın baş katibi deyib: Hazırda Livanda stabillik üçün fürsət yaranmışdır və regiondakı vəziyyəti gözləməməliyik.

...

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/177088-nəsrullah-livan-xalqının-əksəriyyəti-qanuni-zamanda-prezidentin-seçilməsini-istəyir

Read More 0 Comments

Tue

18

Feb

2014

Nəsrullah islam ölkələrinin İsrail rejimi təhlükəsindən qəflətə qapılmalarını tənqid edib

17Azeri

Livan Hizbullahının baş katibi sionist rejimi Livan və Fələstin üçün bir xətər adlandırıb və deyib ki, bütün islam ölkələri bu gün öz ölkələrinin işləri ilə məşğuldurlar və İsrail rejimi təhlükəsini unudublar.                        

Fars xəbər agentliyinin məlumatına görə, Seyid Həsən Nəsrullah bazar günü gecə "Şəhid" günü münasibəti ilə Beyrutda keçirilən bir mərasimdə müqavimət şəhidlərini yad edərək, regiondakı islam ölkələrinin hazırkı durumunu müqavimət mehvərinin bütün qələbələrindən sonra Amerika ilə sionist rejimin istəyi adlandırıb.

Livan Hizbullahının baş katibi sionist rejimin Livana qarşı xətərinə işarə edərək, belə qeyd edib: Təəssüflər olsun ki, bir çoxları belə zənn edirlər ki, İsrail rejiminin Livana hücumu məsələsində əsas problem, fələstinlilərin Livanda olmaları olub, lakin Fələstin Azadlıq Təşkilatı və Fələstin Müqavimətinin Livandan çıxmalarından sonra sionist rejim bu ölkədə qalıb, bir çox cinayətlər törədərək, Livanın cənubunda da sionist qəsəbələr salmağa hazırlaşırdı.

Livan Hizbullahının baş katibi müqavimətin qabiliyyətlərinə işarə edib, sionist rejimə üzünü tutaraq, deyib: Düşmən bilməlidir ki, onun qorxduğu Hizbullahın bütün qabiliyyətləri hələ də yerində qalır və inkişaf etməkdədir.

Livan Hizbullahının baş katibi çıxışının davamında Suriya barədə də danışıb: Ərəbistan Suriya əleyhinə olan bütün cəbhələrdə müharibə aparmaqdadır, lakin bu gün Ərriyad başçıları dərk ediblər ki, bu gənclərin Ərəbistana geri dönmələrindən sonra bir faciə baş verəcək.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/175680-n%C9%99srullah-islam-%C3%B6lk%C9%99l%C9%99rinin-israil-rejimi-t%C9%99hl%C3%BCk%C9%99sind%C9%99n-q%C9%99fl%C9%99t%C9%99-qap%C4%B1lmalar%C4%B1n%C4%B1-t%C9%99nqid-edib

Read More 0 Comments

Wed

04

Dec

2013

Nəsrullah Cenevrə razılaşmasından danışıb

13Azeri

Livan Hizbullahının baş katibi deyib: Cenevrə nüvə razılaşması ilk növbədə Yaxın Şərq ölkələri xalqlarının xeyrinədir.                                  

Seyid Həsən Nəsrullah Livanın OTV telekanalı ilə eksklüziv müsahibədə əlavə edib: Məncə, Cenevrə nüvə müzakirələrinin ən böyük qalibi region ölkələri olublar, zira bu razılaşma hərbi seçimi dala qaytardı və digər tərəfdən, dünya ölkələri arasında dialoq qapılarının açılmasına səbəb oldu və belə bir imkanı yaratdı ki, onlar anlaşmalar və həll yolları əldə etmək niyyətinə düşsün və müxtəlif işlər üçün həll yolu ardınca olsunlar.

Seyid Həsən Nəsrullah belə qeyd edib: Digər son dərəcə mühüm məsələ budur ki, İran ilə beş üstəgəl bir qrupu arasında əldə olunmuş anlaşma və Suriyanın kimyəvi işi barədə hasil olmuş anlaşma yeni bir beynəlxalq reallığı qeydə aldı. Bu reallığın adı, bir neçə qütblülük olmaqdır. Bir neçə qütblülük olmaq beynəlxalq hegemonçuluq və istibdadın qarşısını alaraq, siyasi manevrlər qapısını açıbdır.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/173065-n%C9%99srullah-cenevr%C9%99-raz%C4%B1la%C5%9Fmas%C4%B1ndan-dan%C4%B1%C5%9F%C4%B1b

Read More 0 Comments

Sat

16

Nov

2013

Heç bir partlayış bizimlə İmam Hüseyn (ə) arasında ayrılıq sala bilməyəcək

9Azeri

Livan Hizbullahının baş katibi bu ölkənin paytaxtında hüseynçi əzadarların aşura günü münasibəti ilə təşkil etdikləri mərasimdə çıxış edib.

Təsmin xəbər agentliyinin məlumatına görə, Seyid Həsən Nəsrullah paytaxt Beyrutda şəhidlər ağası Həzrət İmam Hüseyn (ə)-a edilən bu əzadarlıq mərasimində etdiyi çıxışında Livanın təhlükəsizlik və müqavimət qüvvələrinin aşura günündə hüseynçi əzadarların təhlükəsizliyinin mühafizə edilməsində səfərbər olmalarına işarə edərək deyib : "Bu il aşura günü hüseynçi əzadarların əzadarlığı fərqli bir vəziyyətdə keçirilir.

Belə ki , heç bir təhlükə ya partlayış yaxud avtomobilə quraşdırılmış bomba bizimlə Həzrət Əba Abdullah Hüseyn(ə)-ın arasına ayrılıq sala bilməyəcək " sitatın sonu .

Seyyid Həsən Nəsrullah Həzrət süeyyid-üşühəda (ə)-in "Heyhat Minnəzzillə" deyə insanlara müraciətinə işarə edərək; Suriyayaya dəstəyi Hizbullah və müqavimət qüvvələrinin şərəfi heysiyyətinin simgəsi adlandırmışdır.

O bir daha Şəhadət Səvər Hizbullah və müqavimət qüvvələrinin zillətə baş əyməyəcəkləri üzərində təkid edərərk İmam Hüseyn (ə) yolunun davam etdirləcəyini vurğulamışdır.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/172340-he%C3%A7-bir-partlay%C4%B1%C5%9F-biziml%C9%99-imam-h%C3%BCseyn-%C9%99-aras%C4%B1nda-ayr%C4%B1l%C4%B1q-sala-bilm%C9%99y%C9%99c%C9%99k

Read More 0 Comments

Wed

13

Nov

2013

İsrail gələcəkdən nigarandır

9Azeri

Livan Hizbullahının baş katibi Sinosit rejimin regionla bağlı layihəsinin müharibə törətmək olduğunu deyərək bildirib ki, İsrail regionda müharibəyə son qoya biləcək hər bir razılaşmanın əleyhinədir.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Seyid Həsən Nəsrullah ötən gecə Aşura axşamı (çərşənbə 13 noyabr) Beyrutun Zahiyyə məntəqəsində əzadarlar qarşısında çıxış edərək deyib: Şübhəsiz ki, İsrail hazırda ərəb dünyasında və İslam dünyasında müxtəlif ölkələr arasında  va yə bir ölkənin daxilində baş verən toqquşmalardan razıdır.

Livan Hizbullahı baş katibi deyib: İsrailin regionla bağlı planı, regionu parçalayaraq kiçik və tayfaçılıq və irqçiliyə əsaslan zəif hökumətlər təşkil etməklə, regionda əsas güc olmaq və öz istəklərini qəbul etdirməkdən ibarədir.

Nəsrullah İran ilə 5+1 qrupu arasında aparılan son müzakirələrə gəlincə deyib: İsrail və Netanyahu  İran ilə qər ölkələri arasında əldə edilməkdə olan razılaşmadan qəzəblənib.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/172327-seyid-h%C9%99s%C9%99n-n%C9%99srullah-israil-g%C9%99l%C9%99c%C9%99kd%C9%99n-nigarand%C4%B1r

Read More 0 Comments

Tue

12

Nov

2013

Nəsrullah, Səddin Qəyənin əleyhinə həyata keçirilən sui-qəsd əməliyyatını pisləyib

Azeri

Livan Hizbullahının baş katibi bu ölkənin " İslami əməl" cəbhəsinin  baş üzvünün əleyhinə həyata keçirilən sui-qəsd əməliyyatını kəskin tərzdə pisləyib.

Livanın Əl-Minar internet saytı bir məlumatda qeyd edib : Seyid Həsən  Nəsrullah çərşənbə axşamı günü gecə ( 8 məhərrəm ) Livanın cənubunda " Harrə Hərik " məntəqəsində tasua gecəsinə məxsus mərasimdə etdiyi çıxışında " İslami əməl" cəbhəsinin baş üzvü Səddin Qəyənin əleyhinə həyata keçirilən sui-qəsd əməliyyatından təəssüfləndiyini qeyd edərək belə bir addımı kəskin tərzdə pisləyib.

Nəsrullah deyib : Düşmənin belə bir əməliyyatda məqsədi müqavimət cəbhəsinə xələl gətirmək eləcədə müsəlmanların yekdillik və həmrəylik ideyasını dəstəkləyənlərə zərbə vurmaq  xüsusilə də Livanda müxtəlif xalq kütlələri arasında dinc yanaşı yaşayan insanların ümumi asayişini pozmaqdır.

http://azeri.irib.ir/xeberler/bolge/item/172314-n%C9%99srullah-s%C9%99ddin-q%C9%99y%C9%99nin-%C9%99leyhin%C9%99-h%C9%99yata-ke%C3%A7iril%C9%99n-sui-q%C9%99sd-%C9%99m%C9%99liyyat%C4%B1n%C4%B1-pisl%C9%99yib

Read More 0 Comments

Wed

30

Oct

2013

Suriyada siyasi həll yolunun qarşısının alınması qətl və xarabalıq törətmək mənasındadır

15- Azeri

Livan Hizbullahının baş katibi deyib: Suriyada siyasi həll yolunun qarşısının alınması perspektivi olmadan qətl, xarabalıq törətmək və özbaşınalıq mənasındadır.

Əl-Minar televiziyasının məlumatına görə, Seyid Həsən Nəsrullah Suriya böhranının siyasi həll yolu istiqamətində danışıqlara mane olmaq üçün Ərəbistanın çalışdığına toxunaraq deyib: Suriyada siyasi həll yolunun qarşısını almaq qətl, xarabalıq törətmək və perspektivi olmadan özbaşınalıq mənasındadır. Gələcək danışıqların qarşısını almağa çalışan şəxslərin xeyrinə deyildir. Suriyaya nəzarət üçün çalışan beynəlxalq, regional və daxili cəbhə məğlubiyyətə uğradı.

"Suriyada döyüş meydanının vəziyyəti Suriya ordusunun xeyrinə gerçəkləşməkdədir" –deyə Seyid Həsən Nəsrullah söyləyib.

Suriya böhranı barəsində Beynəlxalq Cenevrə-2 Konfransı 23-23 noyabrda Cenevrədə keçiriləcək.

Səudiyyə Ərəbistanı və Suriyaya qarşı qərb-ərəb mehvərli maliyyə və silah himayəsinə malik silahlı müxalif qruplaşmaların bir qrupu Cenevrə-2 konfransı iştirakçılarını təhdid etməklə yanaşı bu iclasın nəticəsiz qalmasına çalışırlar.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/171827-suriyada-siyasi-h%C9%99ll-yolunun-qar%C5%9F%C4%B1s%C4%B1n%C4%B1n-al%C4%B1nmas%C4%B1-q%C9%99tl-v%C9%99-xarabal%C4%B1q-t%C3%B6r%C9%99tm%C9%99k-m%C9%99nas%C4%B1ndad%C4%B1r

Read More 0 Comments

Tue

24

Sep

2013

Suriya böhranının yeganə həll yolu siyasi həll yoludur

10- Azeri

Suriya böhranının yeganə həll yolu siyasi həll yoludur

Livan Hizbullahının baş katibi Suriyada terrorçuların fəaliyyəti barəsində xəbərdarlıq edib və bildirib: Suriyada böhrana son qoymaq üçün yeganə yol siyasi həll yoludur.  Əl-Minar telekanalının məlumatına görə, Seyid Həsən Nəsrullah video-konfrans vasitəsi ilə etdiyi çıxışında Səudiyyə Ərəbistanı və Türkiyədən öz siyasətlərində Dəməşqlə anlaşmaya yenidən baxmalarını istəyib.

Livan Hizbullahının baş katibi sözlərinin davamında Suriyada terrorçulara bağlı təkfirçi qruplaşmaların Beyrutun cənub ətrafındakı son partlayışda məsuliyyət daşıdığını bildirib.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/170713-suriya-b%C3%B6hran%C4%B1n%C4%B1n-yegan%C9%99-h%C9%99ll-yolu-siyasi-h%C9%99ll-yoludur

0 Comments

Fri

16

Aug

2013

Müqavimət dayanmayacaq

10- Azeri

Livan Hizbullahı qalan işğal olunmuş ərazilərin azadlığı üçün müqavimət yolunun davamını vurğulayıb.                                  

Livan Hizbullahının baş katibi qalan işğal olunmuş ərazilərin azad olunması üçün müqavimət yoluna sadiq qalmağı vurğulayıb.

Əl-Minar televiziyasının məlumatına görə, Seyid Həsən Nəsrullah Eyta əl-Şüəb şəhərində 2006-cı il iyul müharibəsində müqavimətin sionist rejimə qələbəsinin 7-ci ildönümü ilə keçirilən tədbirdə etdiyi çıxışında vətənin və xalqın müdafiəsi və qalan işğal olunmuş ərazilərin azad olunması üçün müqavimət yoluna sadiq qalacağını vurğulayıb.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/169535-m%C3%BCqavim%C9%99t-dayanmayacaq

Read More 0 Comments

Fri

16

Aug

2013

Müqavimət İsrailin Tabutuna son mısmarı vurdu

10- Azeri

Livan Hizbullahının baş katibi deyib: Müqavimət 2000-ci ildə böyük İsrail planının tabutuna son mıxları vurdu və biz bilirdik ki, onlar, planlarını məğlubiyyətə uğradan bu Müqavimətdən intiqam almaq istəyəcəklər.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə Seyid Həsən Nəsrullah Əl-Məyadin Telekanalından yayımlanan Hekayə -Təmmuz proqramını alqışlayaraq, deyib: Müqavimət İslam Ümmətinin əsas məsələsi, yəni Fələstin xalqı və Livan hakimiyyətini müdafiə etməkdə əzmkardır.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/169474-m%C3%BCqavim%C9%99t-israilin-tabutuna-son-m%C4%B1smar%C4%B1-vurdu

Read More 0 Comments

Tue

13

Aug

2013

Seyid Həsən Nəsrullah Livanda daxili müharibə haqda xəbərdarlıq edib

Azeri

Livan Hizbullahının baş katibi Livan daxili müharibəsini İsrail ilə müharibədən çətin olduğunu deyib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livanda çıxan Əs-Səfir qəzetinə verdiyi müsahibədə deyib: Sionist İsrail ilə müharibə aparmaq daxili müharibədən olduqca sadədir. Zira İsrail ilə müharibədə məqsədlər və seçimlər müharibə arenasında müəyyənləşir lakin daxili müharibədə vəziyyət olduqca mürəkkəbələşə bilər.

http://aran.irib.ir/xeberler/felestin/item/11355-seyid-h%C9%99s%C9%99n-n%C9%99srullah-livanda-daxili-m%C3%BCharib%C9%99-haqda-x%C9%99b%C9%99rdarl%C4%B1q-edib

0 Comments

Thu

25

Jul

2013

Avropanın qərarı, Amerika və sionist rejimin təzyiqlərinin nəticəsidir

13- Azeri

Livan Hizbullahının baş katibi Avropa Birliyinin Hizbullahın adını terrroçu təşkilatlar siyahısında dərc etmək haqdakı qərarını sionist rejimlə Amerikanın uzunmüddətli təzyiqlərindən irəli gələn bir addım adlandırıb.

Əl-Aləm telekanalının məlumatına görə, Seyid Həsən Nəsrullah Beyrutda Müqaviməti dəstəkləyən qadınların iftar mərasimindəki mühüm çıxışında Livan Müqavimətinin daim mübariz xalq və Müqavimət əhli tərəfindən dəstəklənməsinə işarə edib, imperialist qüvvələr və sionizmin bu cəbhəyə qarşı hərtərəfli hücumlarını təbii adlandıraraq, deyib: Müqavimət daim mərkəzdə duraraq, heç vaxt kənarda olmayıbdır və təsirli və fəal Müqavimətin hücuma məruz qalması təbiidir.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/168862-n%C9%99srullah-avropan%C4%B1n-q%C9%99rar%C4%B1,-amerika-v%C9%99-sionist-rejimin-t%C9%99zyiql%C9%99rinin-n%C9%99tic%C9%99sidir

Read More 0 Comments

Sun

21

Jul

2013

Sionist İsrail rejiminə xəbərdarlılq etdi

18- Azeri

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Sionist İsrail rejiminə hər bir avantürist hərəkətlər barədə xəbərdarlıq edib.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cmüə gecəsi (19 iyul) İslami Müqavimətə Dəstək Heyətinin iftar ziyafətində çıxış edərək açıqlayıb: Sionist İsrail rejimi qarşıdakı müharibədə Beyrutu aviya hücumlara məruz qoymaq yerinə, Fələstinin şimalında yerləşən Əl-Xəlil şəhəri barədə artıq nigaranlıq keçirməlidir.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/168707-seyid-h%C9%99s%C9%99n-n%C9%99srullah-sionist-israil-rejimin%C9%99-x%C9%99b%C9%99rdarl%C4%B1lq-etdi

Read More 0 Comments

Sat

15

Jun

2013

Böyük demokratiya bayramı mübarək olsun

9- Azeri

Seyid Həsən Nəsrulla: Böyük demokratiya bayramı münasibətilə İmam Xamenei və İran xalqını təbrik edirəm                                  

Seyid Həsən Nəsrulla Həzrət Əbülfəz(ə)-ın anadan olmasının ildönümü günü münasibətilə Beyrutun cənubunda, Bəəlbəkkə, Nəbtiyə və Deyr Qanun məntəqələrində keçirilən mərasimlərə video-konfrans vasitəsilə etdiyi müraciətində İranda keçirilən prezident seçkilərinə işarə edib və deyib: İrandakı bu böyük və müstəsna demokratiya bayramı münasibətilə İmam Xamenei və İran xalqını təbrik edirəm.

http://azeri.irib.ir/xeberler/dunya/item/167403-b%C3%B6y%C3%BCk-demokratiya-bayram%C4%B1-m%C3%BCbar%C9%99k-olsun

Read More 0 Comments

Sun

26

May

2013

"Regionu 2 böyük təhlükə təhdid edir"

10- Azeri

Livan Hizbullahının baş katibi Livanın cənub bölgəsinin azad edilməsinin ildönümü günü münasibətilə bu ölkə xalqıı təbrik edərək, deyib: 2 böyük təhlükə regionu təhdid edir.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/166559-regionu-2-b%C3%B6y%C3%BCk-t%C9%99hl%C3%BCk%C9%99-t%C9%99hdid-edir

Read More 0 Comments

Fri

10

May

2013

Seyid Həsən Nəsrulla: sionist rejimlə yeni anlaşma ərəb ölkələri üçün qara ləkədir

13- Azeri

Seyid Həsən Nəsrulla: sionist rejimlə yeni anlaşma ərəb ölkələri üçün qara ləkədir    

Livan Hizbullahının baş katibi sionist rejim ilə ərazi mübadiləsi layihəsini qəbul etdikləri üçün Ərəb ölkələrini qınayıb və bunu Ərəb ölkələri tarixində böyük bir rüsvayçılıq adlandırıb.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/165909-seyid-h%C9%99s%C9%99n-n%C9%99srulla-sionist-rejiml%C9%99-yeni-anla%C5%9Fma-%C9%99r%C9%99b-%C3%B6lk%C9%99l%C9%99ri-%C3%BC%C3%A7%C3%BCn-qara-l%C9%99k%C9%99dir

Read More 0 Comments

Wed

01

May

2013

Hizbullah: Suriya hökuməti devrilməyəcək

14- Azeri
Əl-Minar televiziyasının verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Suriyadakı cari vəziyyəti açıqlayaraq bu ölkədəki cari böhrana son qoymaq üçün yeganə yolun siyasi həll yolu olduğunu qeyd edib və xatırladıb: Suriya quruluşunu devirmək olmaz.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/165423-hizbullah-suriya-h%C3%B6kum%C9%99ti-devrilm%C9%99y%C9%99c%C9%99k

Read More 0 Comments

Thu

28

Feb

2013

Seyid Həsən Nəsrullah şayiələrə son qoydu

Azeri
Seyid Həsən Nəsrullah şayiələrə son qoydu
Hizbullahın Baş Katibi  son günlərdə cərəyan edən dezinformasiya və şayilərə son qoyaraq, fitnələri ifşa etmişdir.
http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/162760-pjon

0 Comments