Sun

08

Jun

2014

Seyid Həsən Nəsrulla: Suriya meydanında müqavimət hazır oldu ki...

Aran

Seyid Həsən Nəsrullah sözlərini davamında Suriya olaylarına münasibət bildirib: Güclü müqavimət sərhədlərdə düşmənlər qarşısında dayanmışdır.

Seyid Həsən Nəsrullah həmçinin Suriyada prezident seçkilərinin möhtəşəm şəkildə keçirilməsini Suriya xalqı və quruluşu üçün böyük qələbə adlandırıb və əlavə edib: Qərbin Suriya əleyhinə təhdidləri məğlubiyyətə uğrayıb.

Livan Hizbullahının baş katibi bildirib: Suriya xalqı öz müqavimətinə səs verdi, öz müqavimətini reallaşdırdı, öz gələcəyini qurmaq istəyir və qərbin onlar üçün yaradacağı gələcəyi istəmədiyini sübuta yetirdi.

 

http://aran.irib.ir/xeberler/suriya-hadis%C9%99l%C9%99ri/item/18478-seyid-h%C9%99s%C9%99n-n%C9%99srulla-suriya-meydan%C4%B1nda-m%C3%BCqavim%C9%99t-haz%C4%B1r-oldu-ki

Read More 0 Comments

Tue

27

May

2014

Livan Hizbullahının baş katibi müqavimət bayramı münasibəti ilə çıxış edib

20- Aran

Seyid Həsən Nəsrullah bazar günü axşam Müqavimətin sionist rejim üzərində qələbəsi və bu rejimin Livanın cənubundan çıxmasının on dördüncü ildönümü günü münasibəti ilə etdiyi çıxışında vurğulayıb: Bu qələbə digər qələbələrin əsası və dayağı olub və Amerika və sionist rejimin Yeni Yaxın Şərq planının məğlubiyyətə uğramasına səbəb olub.

Nəsrullah söyləyib: Müqavimətin İsrail rejimi üzərində qələbəsi Livan, ərəb və islami mahiyyətli bir qələbədir və heç bir qrup bu qələbənin ona aid olduğunu iddia edə bilməz

http://aran.irib.ir/xeberler/felestin/item/18204-livan-hizbullah%C4%B1n%C4%B1n-ba%C5%9F-katibi-m%C3%BCqavim%C9%99t-bayram%C4%B1-m%C3%BCnasib%C9%99ti-il%C9%99-%C3%A7%C4%B1x%C4%B1%C5%9F-edib

Read More 0 Comments

Sun

30

Mar

2014

Nəsrullah: Livan xalqının əksəriyyəti qanuni zamanda prezidentin seçilməsini istəyir

14- Aran

İRNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullah şənbə günü günortadan sonra Livanın əl-Minar telekanalından birbaşa yayımlanan video-konfrans vasitəsi ilə çıxışında xatırladıb: Livan xalqının əksəriyyəti qanuni zamanda yeni prezidentin seçilməsini istəyir və buna əsasən müqavimət müdafiə strategiyası və digər məsələlərin araşdırılması barəsində dialoqlarda iştirak edir.

Seyid Həsən Nəsrullah həmçinin Livanın müxtəlif bölgələri, xüsusilə də Trablos və Bəaqda təhlükəsizlik problemlərinin həlli üçün əməkdaşlığın vacibliyini vurğulayıb və bir-birlərinə qarşı ittiham irəli sürülmədən yeni prezidentin seçilməsini istəyib.

Müqavimətin heç bir tərəfin kənara qoyulmasını istəmədiyini bəyan edən Hizbullahın baş katibi deyib: Hazırda Livanda stabillik üçün fürsət yaranmışdır və regiondakı vəziyyəti gözləməməliyik.

Seyid Həsən Nəsrullah həmçinin deyib: Sionist rejim ən böyük problemdir. Lakin bəziləri bu problemi görməməzliyə vurmağa çalışırlar.

Müqavimətin hər bir təcavüzə möhkəm reaksiya verəcəyini qeyd edən Livan Hizbullahının baş katibi söyləyib: Region xalqları, xüsusilə də Livan xalqının yeganə seçimi müqavimətdir.

Seyid Həsən Nəsrullah Suriya böhranına da münasibət bildirib: Suriya müharibəsi elə bir mərhələyə çatdı ki, regional və beynəlxalq müdaxilələrdən qaynaqlandı və müqavimətə və Suriyadakı iştirakına heç bir əlaqəsi yox idi.

Livan Hizbullahının baş katibi bildirib: Müqavimət Suriya böhranının əvvəlindən onun diplomatik yolla həll olunmasını vurğulamışdır. Lakin ərəb qrupları Suriyada quruluşun devrilməsini istəyirdi.

http://aran.irib.ir/xeberler/felestin/item/16951-n%C9%99srullah-livan-xalq%C4%B1n%C4%B1n-%C9%99ks%C9%99riyy%C9%99ti-qanuni-zamanda-prezidentin-se%C3%A7ilm%C9%99sini-ist%C9%99yir

Read More 0 Comments

Tue

18

Feb

2014

Nəsrullah islam ölkələrinin İsrail rejimi təhlükəsindən qəflətə qapılmalarını tənqid edib

20- Aran

Livan Hizbullahının baş katibi sionist rejimi Livan və Fələstin üçün bir xətər adlandırıb və deyib ki, bütün islam ölkələri bu gün öz ölkələrinin işləri ilə məşğuldurlar və İsrail rejimi təhlükəsini unudublar.

Seyid Həsən Nəsrullah bazar günü gecə "Şəhid" günü münasibəti ilə Beyrutda keçirilən bir mərasimdə müqavimət şəhidlərini yad edərək, regiondakı islam ölkələrinin hazırkı durumunu müqavimət mehvərinin bütün qələbələrindən sonra Amerika ilə sionist rejimin istəyi adlandırıb.

Livan Hizbullahının baş katibi sionist rejimin Livana qarşı xətərinə işarə edərək, belə qeyd edib: Təəssüflər olsun ki, bir çoxları belə zənn edirlər ki, İsrail rejiminin Livana hücumu məsələsində əsas problem, fələstinlilərin Livanda olmaları olub, lakin Fələstin Azadlıq Təşkilatı və Fələstin Müqavimətinin Livandan çıxmalarından sonra sionist rejim bu ölkədə qalıb, bir çox cinayətlər törədərək, Livanın cənubunda da sionist qəsəbələr salmağa hazırlaşırdı.

Livan Hizbullahının baş katibi müqavimətin qabiliyyətlərinə işarə edib, sionist rejimə üzünü tutaraq, deyib: Düşmən bilməlidir ki, onun qorxduğu Hizbullahın bütün qabiliyyətləri hələ də yerində qalır və inkişaf etməkdədir.

Livan Hizbullahının baş katibi çıxışının davamında Suriya barədə də danışıb: Ərəbistan Suriya əleyhinə olan bütün cəbhələrdə müharibə aparmaqdadır, lakin bu gün Ərriyad başçıları dərk ediblər ki, bu gənclərin Ərəbistana geri dönmələrindən sonra bir faciə baş verəcək.

http://aran.irib.ir/xeberler/felestin/item/15927-n%C9%99srullah-islam-%C3%B6lk%C9%99l%C9%99rinin-israil-rejimi-t%C9%99hl%C3%BCk%C9%99sind%C9%99n-q%C9%99fl%C9%99t%C9%99-qap%C4%B1lmalar%C4%B1n%C4%B1-t%C9%99nqid-edib

Read More 0 Comments

Wed

04

Dec

2013

Nəsrullah Cenevrə razılaşmasından danışıb

18- Aran

Seyid Həsən Nəsrullah Livanın OTV telekanalı ilə eksklüziv müsahibədə əlavə edib: Məncə, Cenevrə nüvə müzakirələrinin ən böyük qalibi region ölkələri olublar, zira bu razılaşma hərbi seçimi dala qaytardı və digər tərəfdən, dünya ölkələri arasında dialoq qapılarının açılmasına səbəb oldu və belə bir imkanı yaratdı ki, onlar anlaşmalar və həll yolları əldə etmək niyyətinə düşsün və müxtəlif işlər üçün həll yolu ardınca olsunlar.

Seyid Həsən Nəsrullah belə qeyd edib: Digər son dərəcə mühüm məsələ budur ki, İran ilə beş üstəgəl bir qrupu arasında əldə olunmuş anlaşma və Suriyanın kimyəvi işi barədə hasil olmuş anlaşma yeni bir beynəlxalq reallığı qeydə aldı. Bu reallığın adı, bir neçə qütblülük olmaqdır. Bir neçə qütblülük olmaq beynəlxalq hegemonçuluq və istibdadın qarşısını alaraq, siyasi manevrlər qapısını açıbdır.

http://aran.irib.ir/xeberler/dunya/item/14049-n%C9%99srullah-cenevr%C9%99-raz%C4%B1la%C5%9Fmas%C4%B1ndan-dan%C4%B1%C5%9F%C4%B1b

Read More 0 Comments

Wed

13

Nov

2013

Sionist rejim gələcək haqda nigarandır

14Aran

Livan Hizbullahının baş katibi sionist rejimin regiondakı planının müharibəpərəstlik olduğunu bildirərək, deyib: İsrail regionda müharibənin qarşısını alan hər cür anlaşmanın əldə edilməsini istəmir.

Çərşənbə günü gecə Beyrutun Zahiyyə məntəqəsində Aşura axşamında İmam Hüseyn(ə) əzadarları toplusunda çıxış edən Seyid Həsən Nəsrullah sonra deyib: Şübhə yoxdur ki, sionist İsrail rejimi region habelə ərəb və İslam dünyasında ölkələr arasında habelə ölkələrin və ictimaiyyətlərin daxilində baş verən toqquşmalardan sevinc içindədir.

Livan Hizbullahının baş katibi sonra deyib: İsrailin regiondakı daimi planı budur ki, məntəqə parçalansın və irq və ya tayfaya əsasən kiçik və zəif ölkələr təşkil edilsin və bu rejimin özü məntəqənin ən böyük qüdrəti olub, öz nəzərlərini qəbul etdirsin.

İranın 5+1 Qrupu ilə son müzakirələrinə işarə edən Nəsrullah sonra deyib: sionist İsrail rejimi və Netaniyahu İranla dünya arasındakı anlaşmadan qəzəb içindədirlər.

Nəsrullah deyib: Təəssüflər olsun ki, bəzi ərəb ölkələri də İsraillə eyni istiqamətdə addımlayaraq, İranın dünya ölkələri ilə anlaşması ilə müxalifdirlər və bu ərəb ölkələrinin bəziləri Suriyada siyasi həll yolunu rədd edirlər.

http://aran.irib.ir/xeberler/yaxin-serq/item/13546-seyid-h%C9%99s%C9%99n-n%C9%99srullah-sionist-rejim-g%C9%99l%C9%99c%C9%99k-haqda-nigarand%C4%B1r

Read More 0 Comments

Wed

30

Oct

2013

Suriyada siyasi həll yolunun qarşısının alınması qətl və xarabalıq törətmək mənasındadır

16- Aran

Livan Hizbullahının baş katibi deyib: Suriyada siyasi həll yolunun qarşısının alınması perspektivi olmadan qətl, xarabalıq törətmək və özbaşınalıq mənasındadır.

Əl-Minar televiziyasının məlumatına görə, Seyid Həsən Nəsrullah Suriya böhranının siyasi həll yolu istiqamətində danışıqlara mane olmaq üçün Ərəbistanın çalışdığına toxunaraq deyib: Suriyada siyasi həll yolunun qarşısını almaq qətl, xarabalıq törətmək və perspektivi olmadan özbaşınalıq mənasındadır. Gələcək danışıqların qarşısını almağa çalışan şəxslərin xeyrinə deyildir. Suriyaya nəzarət üçün çalışan beynəlxalq, regional və daxili cəbhə məğlubiyyətə uğradı.

"Suriyada döyüş meydanının vəziyyəti Suriya ordusunun xeyrinə gerçəkləşməkdədir" –deyə Seyid Həsən Nəsrullah söyləyib.

http://aran.irib.ir/xeberler/yaxin-serq/item/13151-suriyada-siyasi-h%C9%99ll-yolunun-qar%C5%9F%C4%B1s%C4%B1n%C4%B1n-al%C4%B1nmas%C4%B1-q%C9%99tl-v%C9%99-xarabal%C4%B1q-t%C3%B6r%C9%99tm%C9%99k-m%C9%99nas%C4%B1ndad%C4%B1r

Read More 0 Comments

Thu

25

Jul

2013

Avropanın qərarı, Amerika və sionist rejimin təzyiqlərinin nəticəsidir

20- Aran

Livan Hizbullahının baş katibi Avropa Birliyinin Hizbullahın adını terrroçu təşkilatlar siyahısında dərc etmək haqdakı qərarını sionist rejimlə Amerikanın uzunmüddətli təzyiqlərindən irəli gələn bir addım adlandırıb.

Əl-Aləm telekanalının məlumatına görə, Seyid Həsən Nəsrullah Beyrutda Müqaviməti dəstəkləyən qadınların iftar mərasimindəki mühüm çıxışında Livan Müqavimətinin daim mübariz xalq və Müqavimət əhli tərəfindən dəstəklənməsinə işarə edib, imperialist qüvvələr və sionizmin bu cəbhəyə qarşı hərtərəfli hücumlarını təbii adlandıraraq, deyib: Müqavimət daim mərkəzdə duraraq, heç vaxt kənarda olmayıbdır və təsirli və fəal Müqavimətin hücuma məruz qalması təbiidir.

http://aran.irib.ir/xeberler/felestin/item/10845-n%C9%99srullah-avropan%C4%B1n-q%C9%99rar%C4%B1,-amerika-v%C9%99-sionist-rejimin-t%C9%99zyiql%C9%99rinin-n%C9%99tic%C9%99sidir

Read More 0 Comments

Sun

21

Jul

2013

Livanda müqavimət Vaşinqton və Təl-Əvivin hədəflərini iflasa uğratdı

19- Aran

Livan Hizbullahının baş katibi deyib: Livanda müqavimət bu ölkəyə təcavüz üçün ABŞ və sionist rejimin məqsədlərini məğlubiyyətə uğrada bilmişdir.

Əl-Məyadin televiziyasının məlumatına görə, Seyid Həsən Nəsrullah Beyrutda İslami Müqavimətə Dəstək heyətinin iftar mərasimində deyib: Müqavimət düşmənlə mübarizənin kənarında ittihamlarla da mübarizə aparmışdır. Çünki ittiham irəli sürmək düşmənin proqramının bir hissəsidir və onun qarşısında dayanaraq mübarizə aparmaq lazımdır.

http://aran.irib.ir/xeberler/felestin/item/10724-livanda-m%C3%BCqavim%C9%99t-va%C5%9Finqton-v%C9%99-t%C9%99l-%C9%99vivin-h%C9%99d%C9%99fl%C9%99rini-iflasa-u%C4%9Fratd%C4%B1

Read More 0 Comments

Mon

17

Jun

2013

Böyük demokratiya bayramı münasibətilə İmam Xamenei və İran xalqını təbrik edirəm

17- Aran

Seyid Həsən Nəsrulla: Böyük demokratiya bayramı münasibətilə İmam Xamenei və İran xalqını təbrik edirəm

Seyid Həsən Nəsrulla Həzrət Əbülfəz(ə)-ın anadan olmasının ildönümü günü münasibətilə Beyrutun cənubunda, Bəəlbəkkə, Nəbtiyə və Deyr Qanun məntəqələrində keçirilən mərasimlərə video-konfrans vasitəsilə etdiyi müraciətində İranda keçirilən prezident seçkilərinə işarə edib və deyib: İrandakı bu böyük və müstəsna demokratiya bayramı münasibətilə İmam Xamenei və İran xalqını təbrik edirəm.

http://aran.irib.ir/xeberler/iran/item/9727-seyid-h%C9%99s%C9%99n-n%C9%99srulla-b%C3%B6y%C3%BCk-demokratiya-bayram%C4%B1-m%C3%BCnasib%C9%99til%C9%99-imam-xamenei-v%C9%99-iran-xalq%C4%B1n%C4%B1-t%C9%99brik-edir%C9%99m

Read More 0 Comments

Sun

16

Jun

2013

Nəsrullah Ruhaniyə təbrik deyib

Aran

IRIB

Livan Hizbullahının baş katibi İran xalqı və Böyük İnqilab Rəhbərini İranın yeni prezidentinin seçilməsi münasibəti ilə təbrik edib.

 Livanın Əl-Minar telekanalının məlumatına görə, Seyid Həsən Nəsrullah bazar günü ( 16 iyun) Bir bəyanatda İran xalqına müraciət edb , 14 iyun prezident seçkilərində Doktor Həsən Ruhaninin prezident seçilməsi münasibəti ilə onu və bu ölkə xalqını təbrik edib.

14 iyun seçkilərində İran xalqının 72 faiz iştirakına toxunan Seyid Həsən Nəsrullah əlavə olaraq deyib: 11-ci prezident seçkilərində İran xalqının geniş iştirakı dünyada həqiqi demokratiya və azadlığın bayramı olmuşdur.

Doktor Həsən Ruhani seçkilərdə qazandığı 18 milyon 613 min 329 səs ilə İranın yeni prezidenti seçilib.

Cümə günü 14  iyun prezident seçkilərində İran xalqının geniş iştirakı və siyasi qəhrəmanlığı qərb dövlətlərini şoka salmışdır.

http://aran.irib.ir/xeberler/iran/item/9755-n%C9%99srullah-ruhaniy%C9%99-t%C9%99brik-deyib

Read More 0 Comments

Tue

28

May

2013

Regionu 2 böyük təhlükə təhdid edir

24- Aran

Livan Hizbullahının baş katibi Livanın cənub bölgəsinin azad edilməsinin ildönümü günü münasibətilə bu ölkə xalqını təbrik edərək, deyib: 2 böyük təhlükə regionu təhdid edir.

http://aran.irib.ir/xeberler/felestin/item/9347-regionu-2-b%C3%B6y%C3%BCk-t%C9%99hl%C3%BCk%C9%99-t%C9%99hdid-edir

Read More 0 Comments

Wed

01

May

2013

Hizbullah: Suriya hökuməti devrilməyəcək

13- Aran

Əl-Minar televiziyasının verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Suriyadakı cari vəziyyəti açıqlayaraq bu ölkədəki cari böhrana son qoymaq üçün yeganə yolun siyasi həll yolu olduğunu qeyd edib və xatırladıb: Suriya quruluşunu devirmək olmaz.

http://aran.irib.ir/xeberler/yaxin-serq/item/8903-hizbullah-suriya-h%C3%B6kum%C9%99ti-devrilm%C9%99y%C9%99c%C9%99k

 

 

Read More 0 Comments

Thu

28

Feb

2013

Nəsrulladan şayiələrə cavab

Aran
Nəsrulladan şayiələrə cavab   
Seyid Həsən Nəsrulla çərşənbə günü etdiyi çıxışında Livan Hizbullahına qarşı irəli sürülən ittihamlara və şayiələrə cavab verib. Livan Hizbullahının baş katibi şiə ilə sünni arasında fitnə törətməyi təhlükəli addım adlandıraraq, bunun Livanın xeyrinə olmadığını bildirib.
http://aran.irib.ir/xeberler/felestin/item/7873-n%C9%99srulladan-%C5%9Fayi%C9%99l%C9%99r%C9%99-cavab

0 Comments