Müqavimət bayramı münasibəti ilə Hizbullah baş katibinin çıxışı

11Azeri

Livan Hizbullahının baş katibi deyib ki, Livanın cənubunu azad etmək və Müqavimət bayramı, Livan xalqı və İslam ümmətinin bayramı sayılır.                    

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ötən gün (bazar 25 may) günortadan sonra Livan Müqavimətinin Sionist rejimə qələbəsinin 14-cü ildönümü günü münasibəti ilə etdiyi çıxışında deyib: Bu qələbə digər qələbələrin əsası və başlanğıcı oldu və ABŞ və Sionist rejimin yeni Yaxın Şərq üzrə planını məğlubiyyətə uğratdı.

Nəsrullah açıqlayıb, Müqavimətin İsrailə qələbə çalması, Livan, ərəb və islam ölkələrinin qələbəsi sayılır və heç bir qrup bu qələbənin ona aid olduğunu iddia edə bilməz.

Seyid Həsən Nəsrullah Livana qarşı yeni hücumların edilməsi ilə əlaqədar Sionist İsrail rejiminə xəbərdarlıq edərək deyib: Düşmən Livan sərhədlərinə daxil olsa, onda yeganə qərar çıxaran tərəf Müqavimət olacaq.

Livan Hizbullahı baş katibi həmçinin Suriya dəyişiklikləri və ölkədə baş verən talanedici müharibəyə toxunaraq, Suriyanı Ərəb dünyasının ürəyi adlandıraraq deyib ki bu ölkə yalqızlıqla Sionist İsrailin Füratdan Nilədək layihəsi qarşısında dayanaraq Livan və Fələstin müqavimətini dəstəklədi.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/178961-m%C3%BCqavim%C9%99t-bayram%C4%B1-m%C3%BCnasib%C9%99ti-il%C9%99-hizbullah-ba%C5%9F-katibinin-%C3%A7%C4%B1x%C4%B1%C5%9F%C4%B1

Write a comment

Comments: 0