Nəsrullah islam ölkələrinin İsrail rejimi təhlükəsindən qəflətə qapılmalarını tənqid edib

20- Aran

Livan Hizbullahının baş katibi sionist rejimi Livan və Fələstin üçün bir xətər adlandırıb və deyib ki, bütün islam ölkələri bu gün öz ölkələrinin işləri ilə məşğuldurlar və İsrail rejimi təhlükəsini unudublar.

Seyid Həsən Nəsrullah bazar günü gecə "Şəhid" günü münasibəti ilə Beyrutda keçirilən bir mərasimdə müqavimət şəhidlərini yad edərək, regiondakı islam ölkələrinin hazırkı durumunu müqavimət mehvərinin bütün qələbələrindən sonra Amerika ilə sionist rejimin istəyi adlandırıb.

Livan Hizbullahının baş katibi sionist rejimin Livana qarşı xətərinə işarə edərək, belə qeyd edib: Təəssüflər olsun ki, bir çoxları belə zənn edirlər ki, İsrail rejiminin Livana hücumu məsələsində əsas problem, fələstinlilərin Livanda olmaları olub, lakin Fələstin Azadlıq Təşkilatı və Fələstin Müqavimətinin Livandan çıxmalarından sonra sionist rejim bu ölkədə qalıb, bir çox cinayətlər törədərək, Livanın cənubunda da sionist qəsəbələr salmağa hazırlaşırdı.

Livan Hizbullahının baş katibi müqavimətin qabiliyyətlərinə işarə edib, sionist rejimə üzünü tutaraq, deyib: Düşmən bilməlidir ki, onun qorxduğu Hizbullahın bütün qabiliyyətləri hələ də yerində qalır və inkişaf etməkdədir.

Livan Hizbullahının baş katibi çıxışının davamında Suriya barədə də danışıb: Ərəbistan Suriya əleyhinə olan bütün cəbhələrdə müharibə aparmaqdadır, lakin bu gün Ərriyad başçıları dərk ediblər ki, bu gənclərin Ərəbistana geri dönmələrindən sonra bir faciə baş verəcək.

http://aran.irib.ir/xeberler/felestin/item/15927-n%C9%99srullah-islam-%C3%B6lk%C9%99l%C9%99rinin-israil-rejimi-t%C9%99hl%C3%BCk%C9%99sind%C9%99n-q%C9%99fl%C9%99t%C9%99-qap%C4%B1lmalar%C4%B1n%C4%B1-t%C9%99nqid-edib

Write a comment

Comments: 0