Nəsrullah Cenevrə razılaşmasından danışıb

18- Aran

Seyid Həsən Nəsrullah Livanın OTV telekanalı ilə eksklüziv müsahibədə əlavə edib: Məncə, Cenevrə nüvə müzakirələrinin ən böyük qalibi region ölkələri olublar, zira bu razılaşma hərbi seçimi dala qaytardı və digər tərəfdən, dünya ölkələri arasında dialoq qapılarının açılmasına səbəb oldu və belə bir imkanı yaratdı ki, onlar anlaşmalar və həll yolları əldə etmək niyyətinə düşsün və müxtəlif işlər üçün həll yolu ardınca olsunlar.

Seyid Həsən Nəsrullah belə qeyd edib: Digər son dərəcə mühüm məsələ budur ki, İran ilə beş üstəgəl bir qrupu arasında əldə olunmuş anlaşma və Suriyanın kimyəvi işi barədə hasil olmuş anlaşma yeni bir beynəlxalq reallığı qeydə aldı. Bu reallığın adı, bir neçə qütblülük olmaqdır. Bir neçə qütblülük olmaq beynəlxalq hegemonçuluq və istibdadın qarşısını alaraq, siyasi manevrlər qapısını açıbdır.

http://aran.irib.ir/xeberler/dunya/item/14049-n%C9%99srullah-cenevr%C9%99-raz%C4%B1la%C5%9Fmas%C4%B1ndan-dan%C4%B1%C5%9F%C4%B1b

Write a comment

Comments: 0