Heç bir partlayış bizimlə İmam Hüseyn (ə) arasında ayrılıq sala bilməyəcək

9Azeri

Livan Hizbullahının baş katibi bu ölkənin paytaxtında hüseynçi əzadarların aşura günü münasibəti ilə təşkil etdikləri mərasimdə çıxış edib.

Təsmin xəbər agentliyinin məlumatına görə, Seyid Həsən Nəsrullah paytaxt Beyrutda şəhidlər ağası Həzrət İmam Hüseyn (ə)-a edilən bu əzadarlıq mərasimində etdiyi çıxışında Livanın təhlükəsizlik və müqavimət qüvvələrinin aşura günündə hüseynçi əzadarların təhlükəsizliyinin mühafizə edilməsində səfərbər olmalarına işarə edərək deyib : "Bu il aşura günü hüseynçi əzadarların əzadarlığı fərqli bir vəziyyətdə keçirilir.

Belə ki , heç bir təhlükə ya partlayış yaxud avtomobilə quraşdırılmış bomba bizimlə Həzrət Əba Abdullah Hüseyn(ə)-ın arasına ayrılıq sala bilməyəcək " sitatın sonu .

Seyyid Həsən Nəsrullah Həzrət süeyyid-üşühəda (ə)-in "Heyhat Minnəzzillə" deyə insanlara müraciətinə işarə edərək; Suriyayaya dəstəyi Hizbullah və müqavimət qüvvələrinin şərəfi heysiyyətinin simgəsi adlandırmışdır.

O bir daha Şəhadət Səvər Hizbullah və müqavimət qüvvələrinin zillətə baş əyməyəcəkləri üzərində təkid edərərk İmam Hüseyn (ə) yolunun davam etdirləcəyini vurğulamışdır.

http://azeri.irib.ir/xeberler/yaxin-serq/item/172340-he%C3%A7-bir-partlay%C4%B1%C5%9F-biziml%C9%99-imam-h%C3%BCseyn-%C9%99-aras%C4%B1nda-ayr%C4%B1l%C4%B1q-sala-bilm%C9%99y%C9%99c%C9%99k

Write a comment

Comments: 0