Wed

13

Nov

2013

Sionist rejim gələcək haqda nigarandır

14Aran

Livan Hizbullahının baş katibi sionist rejimin regiondakı planının müharibəpərəstlik olduğunu bildirərək, deyib: İsrail regionda müharibənin qarşısını alan hər cür anlaşmanın əldə edilməsini istəmir.

Çərşənbə günü gecə Beyrutun Zahiyyə məntəqəsində Aşura axşamında İmam Hüseyn(ə) əzadarları toplusunda çıxış edən Seyid Həsən Nəsrullah sonra deyib: Şübhə yoxdur ki, sionist İsrail rejimi region habelə ərəb və İslam dünyasında ölkələr arasında habelə ölkələrin və ictimaiyyətlərin daxilində baş verən toqquşmalardan sevinc içindədir.

Livan Hizbullahının baş katibi sonra deyib: İsrailin regiondakı daimi planı budur ki, məntəqə parçalansın və irq və ya tayfaya əsasən kiçik və zəif ölkələr təşkil edilsin və bu rejimin özü məntəqənin ən böyük qüdrəti olub, öz nəzərlərini qəbul etdirsin.

İranın 5+1 Qrupu ilə son müzakirələrinə işarə edən Nəsrullah sonra deyib: sionist İsrail rejimi və Netaniyahu İranla dünya arasındakı anlaşmadan qəzəb içindədirlər.

Nəsrullah deyib: Təəssüflər olsun ki, bəzi ərəb ölkələri də İsraillə eyni istiqamətdə addımlayaraq, İranın dünya ölkələri ilə anlaşması ilə müxalifdirlər və bu ərəb ölkələrinin bəziləri Suriyada siyasi həll yolunu rədd edirlər.

http://aran.irib.ir/xeberler/yaxin-serq/item/13546-seyid-h%C9%99s%C9%99n-n%C9%99srullah-sionist-rejim-g%C9%99l%C9%99c%C9%99k-haqda-nigarand%C4%B1r

Write a comment

Comments: 0