Tue

12

Nov

2013

Nəsrullah, Səddin Qəyənin əleyhinə həyata keçirilən sui-qəsd əməliyyatını pisləyib

Azeri

Livan Hizbullahının baş katibi bu ölkənin " İslami əməl" cəbhəsinin  baş üzvünün əleyhinə həyata keçirilən sui-qəsd əməliyyatını kəskin tərzdə pisləyib.

Livanın Əl-Minar internet saytı bir məlumatda qeyd edib : Seyid Həsən  Nəsrullah çərşənbə axşamı günü gecə ( 8 məhərrəm ) Livanın cənubunda " Harrə Hərik " məntəqəsində tasua gecəsinə məxsus mərasimdə etdiyi çıxışında " İslami əməl" cəbhəsinin baş üzvü Səddin Qəyənin əleyhinə həyata keçirilən sui-qəsd əməliyyatından təəssüfləndiyini qeyd edərək belə bir addımı kəskin tərzdə pisləyib.

Nəsrullah deyib : Düşmənin belə bir əməliyyatda məqsədi müqavimət cəbhəsinə xələl gətirmək eləcədə müsəlmanların yekdillik və həmrəylik ideyasını dəstəkləyənlərə zərbə vurmaq  xüsusilə də Livanda müxtəlif xalq kütlələri arasında dinc yanaşı yaşayan insanların ümumi asayişini pozmaqdır.

http://azeri.irib.ir/xeberler/bolge/item/172314-n%C9%99srullah-s%C9%99ddin-q%C9%99y%C9%99nin-%C9%99leyhin%C9%99-h%C9%99yata-ke%C3%A7iril%C9%99n-sui-q%C9%99sd-%C9%99m%C9%99liyyat%C4%B1n%C4%B1-pisl%C9%99yib

Write a comment

Comments: 0