Nəsrullah Ruhaniyə təbrik deyib

Aran

IRIB

Livan Hizbullahının baş katibi İran xalqı və Böyük İnqilab Rəhbərini İranın yeni prezidentinin seçilməsi münasibəti ilə təbrik edib.

 Livanın Əl-Minar telekanalının məlumatına görə, Seyid Həsən Nəsrullah bazar günü ( 16 iyun) Bir bəyanatda İran xalqına müraciət edb , 14 iyun prezident seçkilərində Doktor Həsən Ruhaninin prezident seçilməsi münasibəti ilə onu və bu ölkə xalqını təbrik edib.

14 iyun seçkilərində İran xalqının 72 faiz iştirakına toxunan Seyid Həsən Nəsrullah əlavə olaraq deyib: 11-ci prezident seçkilərində İran xalqının geniş iştirakı dünyada həqiqi demokratiya və azadlığın bayramı olmuşdur.

Doktor Həsən Ruhani seçkilərdə qazandığı 18 milyon 613 min 329 səs ilə İranın yeni prezidenti seçilib.

Cümə günü 14  iyun prezident seçkilərində İran xalqının geniş iştirakı və siyasi qəhrəmanlığı qərb dövlətlərini şoka salmışdır.

http://aran.irib.ir/xeberler/iran/item/9755-n%C9%99srullah-ruhaniy%C9%99-t%C9%99brik-deyib

Write a comment

Comments: 0